Cümə günü 22 Noyabr 2019

QHT

'Gələcəyə Körpü' GİB uşaq və yeniyetmələr üçün maarifləndirici layihə həyata keçirib

Sənubər Qocayeva - 07/11/2019

“Gələcəyə Körpü” GİB “Uşaq və yeniyetmələrin internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı maarifləndirilmənin aparılması” layihəsini reallaşdırıb.

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində “Uşaq və yeniyetmələrin internet informasiya resurslarının zərərli təsirlərdən qorunması ilə bağlı maarifləndirilmənin aparılması” layihəsini həyata keçirilib.

Layihənin əsas məqsədi uşaq evləri və gimnaziyalarda təhsil alan uşaq və yeniyetmələrə internet və onun təhlükəsizliyi haqqında məlumat vermək və onları bu mövzuda maarifləndirməkdir. 

Layihə çərçivəsində Gəncə şəhərində yerləşən 4 müəssisənin (uşaq evləri və gimnaziyalar) hər birində 2 gün olmaqla seminarlar təşkil olunub. Seminarlarda uşaq və yeniyetmələrə internet təhlükəsizliyi, internetdən istifadə qaydaları və internetin zərərli təsirlərində qorunma üsulları barədə məlumat verilib.

Photogallery

IMG 6536 IMG 6223 IMG 6722 IMG 6681

Ən çox oxunan

Hadisə

Təhsil