Cümə günü 22 Noyabr 2019

QHT

'Kiçik addımlardan böyük nailiyyətlərə' layihəsi çərçivəsində təlimlər keçirilib

Sənubər Qocayeva - 07/11/2019

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olan "Kiçik addımlardan böyük nailiyyətlərə" layihəsinin icra planına uyğun olaraq fəaliyyətin II ayında 5 gün müddətində təlimlər keçirilib.

Gəncə şəhəri 26 saylı orta məktəb-lisey kompleksində reallaşan təlimlərə 30 nəfər şagird cəlb olunub. Təlimin birinci günündə layihə rəhbəri Nəzirə Qəmbərova tərəfindən III qrant müsabiqəsi və layihə barədə ətraflı məlumatlar verilib. Təlim qrafikinə uyğun olaraq məktəblilərə 4 istiqamət - rejisorluq, ssenarinin yazılması, qrimçilik və aktyorluq üzrə peşəkar təlimçilər vasitəsi ilə təlimlər keçirilib.

Rejissor təlimində  nəzəri və praktiki olaraq  kameralarla  işləmə qaydaları nümayiş olunub, şagirdlərə video çəkilişin sirrləri barədə təcrübə xarakteri daşıyan müxtəlif çəkilişlər göstərilib. Səhnələşdirmə və səhnələrin qoyuluşu yolları haqda nəzəri məlumatlar verilib.

Aktyorluq təlimində şagirdlərə yazılan ssenariyə əsasən,  aktyorların rolları necə canlandırmaları barədə danışılıb. Bəzi şagirdlər kicik səhnəciklər göstərərək bacarıqlarını nümayiş etdirməyə çalışıblar.

Ssenarist təlimində ssenarinin yazılması yolları və məktəblilərin yazmaq istədiyi hekayələr yönündə məsləhətlər verilib. 

Qrimçi təlimində bu sahənin vacibliyindən danışan mütəxəssis qrimlənmə zamanı əsas nəyə diqqət yetirməli olduğunu bildirərək digər vacıb məqamlardan bəhs edib. 

Photogallery

DSC 0308 DSC 0409 DSC 0189 DSC 0479 DSC 0475

Ən çox oxunan

Hadisə

Təhsil