Cümə günü 22 Noyabr 2019

Mədəniyyət

AEDOS mahnı kollektivi Gəncədə konsert verib

Sənubər Qocayeva - 09/11/2019

Məşhur AEDOS mahnı kollektivi Gəncədə konsert proqramı ilə çıxış edib. Konsert Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin təşəbbüsü ilə keçirilən II “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində təşkil olunub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis, xarici qonaqlar və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsert proqramından əvvəl çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis II “Fantaziya” Mədəni İrs Festivalının bir hissəsinin Gəncədə keçirildiyindən məmnun olduğunu bildirib. O qeyd edib ki, bu konsert festival çərçivəsində Gəncədə reallaşan ikinci tədbirdir. “Bundan öncə  Məhsəti Gəncəvi Mərkəzində rəsm və foto-sərgi nümayiş etdirilib. Hazırda isə Venesueladan gələn yunan əsilli musiqiçilər tərəfindən konsert təşkil etmişik. Tədbirimizdə dəstəyini əsirgəmədiyi üçün Gəncə şəhər rəhbərliyinə öz təşəkkürümü bildiriəm” –deyə Deniz Daniildis əlavə edib.

Sonra AEDOS mahnı kollektivinin ifasında Yunanıstanın müxtəlif  dövürlərinə aid mahnılar səsləndirib.

Photogallery

PS2A9763 PS2A9730

Ən çox oxunan

Hadisə

Təhsil