Bazar günü 8 Dekabr 2019

Təhsil

Gəncə Tibb Kollecində “Qarabağ Azərbaycandır!” flaşmobu

Gülnar Fazilqızı - 12/11/2019

Gəncə Tibb Kollecində 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Kollec rəhbərliyinin, müəllim və tələbələ heyətinin, eləcə də şəhər ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə vətənpərvərlik mövzusunda cıxışlar edilib, 9 və 12 noyabr tarixlərinin önəmindən söz açılıb.

Tədbirdə həmçinin vurğulanıb ki, bu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI  illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq ona layiqli cavab vermişdi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!”.

Ölkə Prezidenti İlham Əliyevin cıxışına dəstək olaraq, Gəncə Tibb Kollecinin tələbə heyəti  “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı flaşmob hazırlayıblar. Flaşmoba yüksək vətənpərvərlik ruhunda, böyük maraq və həvəslə qatılan tələbələr “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycandır!”  şüarlarını səsləndiriblər,  vətənə məhəbbət, torpağa sevgi mövzularında hazırladıqları şer və mahnıları ilə böyük coşqu yaradıblar.

Photogallery

WhatsApp Image 2019 11 08 At 16.38.54 (1) WhatsApp Image 2019 11 08 At 16.38.54 (2)

Hadisə