Cümə axşamı 12 Dekabr 2019

Cəmiyyət

Bayram günlərində Bakı-Gəncə sürət qatarı ilə 2389 sərnişin daşınıb

Gülnar Fazilqızı - 13/11/2019

Bayram günlərində adi iş günlərinə nisbətən dəmir yolu ilə daşınan sərnişinlərin sayı iki dəfə çox olub.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, Dövlət Bayrağı Günü ərəfəsində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, noyabrın 9-da bir istiqamətə, noyabrın 11-də isə hər iki istiqamətə olmaqla, əlavə qatar təyin edilib:

“Həmin tarixlərdə Bakı-Gəncə-Bakı istiqamətində 2389 sərnişin daşınıb. Bu da, müvafiq olaraq, adi iş günlərində daşınan sərnişindən iki dəfə çoxdur”.

Hadisə