Bazar günü 15 Dekabr 2019

Sosial

“2020-ci ilin dövlət büdcəsində xərclərin 40 faizə yaxını sosial sahəyə həsr edilib”

Surxay Məmmədzadə - 13/11/2019

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

“Gələn ilin dövlət büdcəsi investisiya tutumlu sosial büdcədir. Büdcə həm iqtisadi inkişafımızın daha da yüksəlməsinə, həm də əhalinin sosial rifah halının daha da yaxşılaşmasına xidmət edəcək”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin xərclərinin 40 faizə yaxını sosial sahəyə həsr edilib: “Bu il sosial müdafiə sahəsində xüsusi il olub. Həmçinin bu il ölkə başçısı tərəfindən bu istiqamətdə imzalanan 30-a yaxın fərman və sərəncamlar, iki mühüm sosial paket sayəsində minlərlə insanın rifah halı daha da yaxşılaşıb. Hər il ölkədə əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur”.

M.Quliyev əlavə edib ki, uçot vergi və sığorta bazasının təkmilləşdirilməsi ilə bağlı yeni üsullar tapılmalıdır: “Yeni iş yerlərinin açılması əmək müqavilələrinin bağlanmasında şəffaflığı təmin etmək üçün 5 il müddətində kiçik və orta sahibkarlar vergi ödəmələrindən azad edilib. Bu həm sahibkarların fəaliyyətinin, həm də sığorta bazarının genişlənməsinə xidmət edir”.

M.Quliyev çıxışının sonunda təmsil olunduğu Gəncə şəhərində 3 saylı Təcili Tibbi Xəstəxananın təmir edilməsini xahiş edib.

Hadisə