Bazar günü 8 Dekabr 2019

Təhsil

“Ölkəmizi tanıyaq”: Gəncə məktəbliləri Quba, Qusar, Xaçmaz rayonlarına səfər edəcəklər

Gülnar Fazilqızı - 13/11/2019

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi başlayıb. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncədən olan iştirakçıları səhər saatlarında Quba-Qusar-Xaçmaz istiqamətinə yola salınıblar. Yola salma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin direktoru Zakir Hüseynov, müəllim və valideyinlər iştirak ediblər.


 

Yola çıxmazdan əvvəl məktəblilər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Şagirdlərə uğurlu yol arzulayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova bildirib ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və rayonun timsalında tanış olmaq imkanı yaradacaq.

Sonra məktəblilər onlar üçün ayrılan avtobusla qeyd olunan marşrut üzrə yola düşüblər.

Xatırladaq ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səfərləri Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunur.

Photogallery

G72A0853 G72A0841 G72A0867

Hadisə