Bazar günü 15 Dekabr 2019

Cəmiyyət

Cavid Qurbanov: “Bakıdan Gəncəyə 3 saata da çata bilərik”

Surxay Məmmədzadə - 14/11/2019

“Bakı-Gəncə sürət elektrik qatarı yolu 4 saata gedir, amma bu, bizi qane etmir”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.

“Yolumuzun infrastrukturu imkan verir ki, sürəti saatda 140 km-ə qədər qaldıraq. Bakıdan Gəncəyə 3 saata da çata bilərik”, - deyə o, qeyd edib.

Sədr həmçinin bildirib ki, rəhbərlik etdiyi qurum Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan dəmir yolunda işləri tam bitirib: “Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq”.

Hadisə