Bazar günü 15 Dekabr 2019

Təhsil

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi başlayıb

Gülnar Fazilqızı - 14/11/2019

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi başlayıb. Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Xaçmaz, Siyəzən, Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonlarından olan məktəblilər Gəncəyə gəliblər. “Ölkəmizi tanıyaq” avtobuslarının ilk dayanacağı Heydər Əliyev park-kompleksi olub.

Burada məktəbliləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndələri və mədəniyyət işçiləri qarşılayıblar. 

Qonaqları salamlayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın mahiyyətindən söz açıb. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü, tapşırığı və nəzarəti ilə həyata keçirilən bu layihə Azərbaycanın yeni nəslinin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya dövlət başçısının gənclərə həssas münasibətinin, diqqət və qayğısının nümunəsidir. Daha sonra xanım müavin məktəblilərə Gəncənin tarixi və mədəniyyəti barədə məlumat verib. Qonaqlara Gəncənin gəzməli-görməli yerlərinin şəkillərindən ibarət kitabçalar təqdim edilib. 

Xaçmaz, Siyəzən, Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov və Nəsimi rayonlarından olan məktəblilər 2 gün ərzində Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olacaqlar. Növbəti gün isə onlar Şəmkir və Göygölə səfər edəcəklər.

 

Photogallery

G72A9844 G72A9847 G72A9854 G72A9839

Hadisə