Bazar günü 15 Dekabr 2019

Təhsil

'Qarabağ Azərbaycandir!' adlı bilik yarışının qalibləri mükafatlandırılıb

Sənubər Göyüşqızı - 14/11/2019

Azərbaycan Texnologiya Universiteti və Gəncə Intellectual School-un təşkilatçılığı ilə şagirdlər üçün təşkil olunmuş “Qarabağ Azərbaycandır!” adlı bilik yarışının qalibləri mükafatlandirilib.

Bu münasibətlə ilk onluğa düşən şagirdlərin valideyn və müəllimləri UTECA-ya toplaşıb.

UTECA-nın rektoru, professor Akif Süleymanov qalibləri təbrik edərək onlara dərslərində müvəfəqiyyətlər arzulayıb. Gələcəkdə ali təhsil almağı, düzgün analiz apararaq istədikləri peşəyə yiyələnməyi tövsiyə edib.

Prezident Ilham Əliyevin Soçidəki tarixi çıxışına həsr edilmiş, 568 şagirdin iştirak etdiyi intellektual yarışın qaliblərinə müxtəlif hədiyyələr, diplomlar, valideynlərinə isə təşəkkürnamələr verilib.

Photogallery

C0485a75 53ec 499e Bb32 Bea6c6c8f1ed 717b15bc 1b44 4f9e A9be 3e54ba420d9c E4ec307b Df26 4cb7 B185 Ef98a9b46583 Ba82155a 0cb0 44d4 9785 177704ff20ea 7e562aa2 4ecb 45a0 8504 Eed4d019986d 7bee9f65 971c 4acd 9a50 949a8a5904f4

Hadisə