Bazar günü 15 Dekabr 2019

Təhsil

ADAU-nun tələbə evində Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir

Sənubər Qocayeva - 14/11/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində Aqrar İnkişaf Könüllüləri (AİK) ilə görüş davam edir. Bu dəfəki görüşdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da iştirak edib.

Rektor bildirib ki,  Aqrar İnkişaf Könüllüləri hərəkatına ölkə Prezidenti cənab İlham Əliyev böyük qiymət verir. Cənab Prezident çıxışlarında və görüşlərində deyib ki, “çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi olacaq.” Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlayıb və çox geniş vüsət alıb. Bu günə qədər minlərlə könüllü ASAN xidmətdə fəaliyyət göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayının artması çox sevindiricidir. Hesab edirəm ki, könüllülük hərəkatı aqrar sektorun inkişafında da özünü təsdiq edəcək.

Görüşdə iştirak edən Aqrar İnkişaf Könüllüləri təşkilatının sədri Sarvan Cəbrayılzadə isə bu hərakatın əhəmiyyətindən danışıb və əlavə edib ki, məqsədimiz aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəaliyyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına təkan vermək, innovativ texnologiyaların və mövcud resursların səmərəli istifadəsinin təbliği ilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir. Aqrar İnkişaf Könüllüləri təşkilatı yarandığı qısa vaxtda 9 layihə həyata keçirib və 40 regionda fəaliyyət göstərir. Bu gün könüllülərin sayı 1950 nəfərdən çoxdur. Hədəfimiz bu sayı 10 min nəfərə çatdırmaqdır.

Daha sonra universitetin Daxili Nəzarət Şöbəsinin müdiri Namiq Cəfərov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elcan Məmmədov çıxış edərək aqrar könüllülük hərəkatı ilə bağlı fikirlərini bildirib, yaxın zamanlarda bu hərəkatın genişlənəcəyini və səmərə verəcəyini diqqətə çatdırıblar.

Çıxış edən tələbələr maraqlı təkliflər səsləndirib, bitkiçilik, heyvandarlıq, innovativ texnologiyaların tətbiqi və digər sahələrdə təcrübə toplamada iştirakın əhəmiyyətini qeyd ediblər, bu cür işlərin daha böyük səmərə verəcəyinə əminliklərini bildiriblər.

Photogallery

73137912 2647543288671943 1470594345429106688 O 74605581 2647542852005320 8445282782120247296 O 75204645 2647542982005307 3424027153337942016 O 74685210 2647542872005318 2299400519614988288 O 75614067 2647542865338652 1544721946199982080 O 73067053 2647542988671973 3966063953217323008 O

Hadisə