Bazar günü 15 Dekabr 2019

QHT

ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib

Surxay Məmmədzadə - 15/11/2019

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrə karyera planlamasına dair seminar keçirilib. Seminarda bildirilib ki, bu gün tələbələrin karyerası, gələcəyini qurması əsas məsələlərdən biridir.

Seminarda təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru Anar Hətmov ADAU-da karyera məkəzinin yaradılmasını diqqətə çatdırıb. Bildirib ki, bu mərkəz tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardımçı olan struktur bölmədir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti təlbələrin və məzunların məğulluğunun təmin olunmasında dəstək göstərmək və kömək etməkdir.

Karyera mərkəzinin direktoru Anar Abbasov seminar iştirakçılarına mərkəzin fəaliyyət istiqamətlərindən, mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasından, işlə bağlı müraciətlərin idarə olunmasından, uğur əldə etmiş iş adamları ilə görüşlərin təşkilindən, peşəkar məsləhətlərinin verilməsindən, universitetdaxili və xarici qrumlarla münasibətlərdən danışıb, CV-lərin düzgün hazırlanmasının qaydalarnı izah edib.

ADAU-nun məzunu, "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə isə karyera qurmasında təcrübəsini tələbələrlə bölüşüb. Qeyd edib ki, ictimai  fəaliyyət sahəsində xüsusi fərqləndiyimə görə gənclər üçün prezident mükafatı ilə təltif edilmişəm. Mənə verilən bu mükafat "ictimai fəallığımı motivasiya edən və daha çox fəal olub işlər görməyimə dəstək olacaq ən böyük dəyərdir. Bu günə qədər  100-ə yaxın yerli, regional və beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı (koordinator) olaraq fəaliyyət göstərmişəm. 20-ə yaxın ölkədə keçirilən beynəlxalq layihələrdə ölkəmizi yüksək səviyyədə təmsil etmişəm. Mən bu günün tələbələrinə də gələcək karyerasında daha fəal və diqqətli olmağı tövsiyyə edirəm.

Bildirək ki, bu cür seminarlar davamlı olacaq, tələbələrə məqsədlərinin gerçəkləşməsi üçün gərəkli dəstək göstəriləcəkdir.

Photogallery

74627027 2651890521570553 2537811895063150592 O 75456953 2651890554903883 6155930982739345408 O 77273161 2651890371570568 1419737749346320384 O 74878342 2651890364903902 6274911927709728768 O 75336285 2651890508237221 6291468549894438912 O

Hadisə