Bazar günü 5 Aprel 2020

QHT

Regionda məlumatlandırma sessiyaları təşkil olunur

Sənubər Qocayeva - 27/11/2019

Sessiyanın məqsədi vətəndaşların iştirakçılıq bacarıqlarının gücləndirilməsi, bu istiqamətdə səmərəli təşviqat və ictimai vəkillik işinin təşkilidir.

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və  Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Qərb bölgəsində «Həssas  icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə» adlı təşəbbüs həyata keçirilir.

Bu fəaliyyət çərçivəsində “Təmas” Rİİb-nin ofisində  fəaliyyət haqqında məklumatlandırma sessiyası təşkil olunub. Sessiyada 20-dən çox qadın iştirak edib, bukletlər paylanılıb.

15 noyabr 2019-cu il tarixində Şəmkir rayonunun Çinarlı kəndində  məlumatlandırma sesiyası təşkil olunmuş bukletlər paylanılıb. Tədbirdə təşəbbüsün rəhbəri Südabə Məmmədova və hüquqşünası Səadət Seyidli və təşkilatın əməkdaşı Kubra Ələkbərova  iştirak ediblər. Hüquqşünas tərəfindən 3 qadına hüauqin yardım göstərilmiş, iddia ərizələıri hazırlanıb.

Qeyd edək ki, bu təşəbbüs “Təmas” İB-nın sədri    Südabə  Məmmədova  tərəfindən icra olunur. Təşkilatın ofisində pulsuz hüquqi yardım  və məsləhət xidməti göstərilir.

Fəaliyyətin icrası davam edir.

Photogallery

75627473 515908802598459 5138813513648570368 N 76771499 466201540669597 4616900100134797312 N

İdman

Hadisə