Şənbə 18 Yanvar 2020

Mədəniyyət

Gürcüstan teatrı Gəncədə

Sənubər Göyüşqızı - 09/12/2019

Ozurgeti Dövlət Dram Teatrının kolektivi Gəncədə iki tamaşa nümayiş etdirib. Kollektiv Gəncə Dövlət Dram Teatrının dəvətilə Nizami yurduna gəlib. Tamaşada Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gürcüstan və Türkiyənin Gəncədəki Baş Konsulları Nikoloz İaşvili və Zeki Öztürk iştirak ediblər.

Gəncə  Dövlət Dram Teatrının direktoru Əli Qasımov qonaqları salamlayaraq Gürcüstan və Azərbaycan arasında olan mədəni əlaqələrdən danışıb. O, bildirib ki, tarixən Azərbaycanla Gürcüstan arasında mövcud olan mədəni əlaqələr müasir dövrdə uğurla davam etdirilir. 2019-cu ilin aprel ayında Gəncə Dövlət Dram teatrı ilə Ozurgeti Dövlət Dram teatrı arasında bağlanan memorandum bunun bariz nümunəsidir. Teatr rəhbəri bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyini qeyd edib.

Vəfa Abbasova xalqlarımız arasında dostluq və mehriban qonşuluq dəyərlərinin əsrlər boyu mövcud olduğunu dilə gətirib.  O qeyd edib ki, Ozürgeti Dövlət Teatrı kollektivinin Gəncədə tamaşa ilə çıxış etməsi, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə zəmin yaradır.

Nikoloz İaşvili çıxışında Gürcüstan və Azərbaycan xalqları arasında olan əlaqələrin tək mədəni deyil, həmçinin  siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə inkişaf etdiyini, iki ölkənin bir çox sahədə bir-birinə dəstək olduğunu vurğulayıb.

Daha sonra Ozurgeti Dövlət Dram Teatrının təqdimatında “Liyaya məktublar”  tamaşası nümayiş etdirilib.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Photogallery

IMG 9905.JPG IMG 9920.JPG IMG 9898.JPG IMG 9947.JPG IMG 9929.JPG

Hadisə