Bazar günü 9 Avqust 2020

Təhsil

ADAU-da Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıb

Sənubər Göyüşqızı - 09/12/2019

Mərkəz “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində yaradılıb.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU), Beynəlxalq Miqrasiya Təşkilatı və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində yaratdıqları Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin açılışında çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Mərkəz kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında məlumatların, bilik və təcrübələrin paylaşılması üçün vacib bir yerdir.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok layihənin vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzu edib.

Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nümayəndəsi Rövşən Məmmədov “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” haqqında çıxış ediblər.

Qeyd edək ki, Bu tərəfdaşlıq çərçivəsində ADAU-nun müəllimləri kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında iştirak edib və onların Naxçıvana 3 günlük işgüzar səfəri təşkil olunub. Tədqiqat səfəri onlara kəhriz su təchizatı sistemi haqqında biliklərini artırmaq və Naxçıvanda kəhrizlərin bərpa və onlara texniki qulluğun ən yaxşı təcrübələrini öyrənmələrini təmin etmək məqsədi daşıyıb. Bundan əlavə, layihə çərçivəsində BMT ilə birgə tədris planını hazırlaması nəzərdə tutulur. Bu tədris planı müvafiq mütəxəsisslərin hazırlanmasında istifadə ediləcək. Layihəsi çərçivəsində məcburi köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.

Photogallery

78630412 2704737099619228 4463326857202237440 O 78582170 2704737199619218 1703858425911312384 O 79510945 2704736192952652 5827881573944393728 O 78653789 2704736042952667 1711420798167678976 O 78994389 2704736549619283 9126808269958938624 O

Hadisə