Şənbə 18 Yanvar 2020

Təhsil

Gəncənin məktəbəqədər hazırlıq qruplarına yeni nəşrlər paylanır

Surxay Məmmədzadə - 09/12/2019

Gəncənin 46 orta məktəbin Azərbaycan bölməsinin məktəbəqədər hazırlıq qruplarına yeni nəşr olunan dərsliklər gətirilib.

“Məktəbə hazırlaşırıq ikinci kitab” adlı dərsliklər Təhsil Nazirliyi tərəfindən göndərilib. Bu kitablar ötən tədris ilindəki nəşrlərdən tamami ilə fərqlidir. Belə ki, 5 adda çap olunan ötən ilki dərsliklər uşaqlara bir dəfəlik verilirdisə, bu kitablar 4 hissədən ibarətdir və mərhələli şəkildə tədris ili müddətində iki aydan bir paylanır. Artıq oktyabr və noyabr ayları üçün birinci hissə məktəbəqədər hazırlıq qruplarının uşaqlarına verilib.

3 və 4-cü hissələr isə növbəti aylarda məktəblərə çatdırılacaq. Yeni gətirilən bu dərsliklərin artıq kitabxanalarda möhürlənməsi prosesi başa çatıb və nəşrlər qruplara paylanılır.

Ümumilikdə Gəncə şəhəri üzrə Azərbaycan bölməsində 133 sinifdə 2556, rus bölməsində isə 29 sinifdə 682 şagird var.

Hadisə