Şənbə 18 Yanvar 2020

Təhsil

UTECA-da “Kitab oxuyaq” adlı tələbə və müəllim birliyi yaradılıb

Gülnar Fazilqızı - 09/12/2019

Təşkilatın dəqdimat tədbirində bildirilib ki, İctimai elmlər və multikulturalizm kafedrasının təşəbbüsü ilə reallaşan layihənin məqsədi mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.

Təşkilatçılardan Zəminə Rəsulova bildirib ki, mütaliə sivil bir topluma, mənəvi zənginliyə gedən yol, nitq bacarıqlarının inkişafında əvəzsiz vasitədir. Ona görə də hər bir insan bu vərdişi özündə aşılamalı, zövq halına çevirməlidir.

Mətanət Mustafayeva “Kitab oxuyaq” məqsədilə toplaşanları gündəlikdə olan kitablar və müəlliflərlə tanış edib və bəzi məsləhətlər verib. Siyahıda müxtəlif janrlı bədii əsərlər, bestsellerlər, milli və dünya ədəbiyyatı yer alıb. Kitabsevərlər səslənən siyahıdan Qurban Səidin “Əli və Nino” romanının mütaliəsinə qərar veriblər. Layihənin qaydalarına əsasən əsər oxunduqdan bir neçə gün sonra gənclər arasında müzakirə ediləcək, həmin gün mütaliə üçün digər kitablar tövsiyyə ediləcək.

Birliyə qoşulmaq istəyən kitab həvəskarları İctimai elmlər və multikulturalizm kafedrasına müraciət edə bilərlər.

Photogallery

78196108 2828810810464325 5699827149783957504 O 78835652 2828811103797629 5834061950278959104 O 79342550 2828811113797628 2786381641260466176 O 78241727 2828810773797662 2643930276270440448 O

Hadisə