Bazar günü 5 Aprel 2020

QHT

Gəncədə Erasmus PLUS proqramı çərçivəsində MASTERCLASS təlimləri icra olunur

Sənubər Qocayeva - 12/12/2019

Layihə 9-14 dekabr 2019-cu il tarixlərində gercəkləşir.

Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Erasmus+ proqramı çərçivəsində 9-14 dekabr 2019-cu il tarixlərində Gəncə şəhər “Gənclər Evində”  “Gənclərin məşğulluq, sahibkarlıq təhsili və icma inkişafı Resurs Mərkəzi” layihəsi çərçivəsində “MASTERCLASS TƏLİMİ”nə start verib.

Təlimçi Toğrul Ələkbər tərəfindən keçirilən təlim kursunun əsas məqsədi “MASTERCLASS”a seçilən iştirakçılara fəal vətəndaşlıq, icma inkişafı, kariyera quruculuğu, CV hazırlanması, bazar araşdırması və marketinq, gənclərin ehtiyacları və imkanları mövzularında təcrübə qazandırmaqdır.

Təlim kursu çərçivəsində iştirakçı gənclər Gənclər Mərkəzinin təsisi planları və icrası kimi mövzular üzrə nəzəri və praktiki təcrübə əldə edəcək, şəxsi və peşəkar inkişaflarını artıracaq, peşəkar ekspertlər tərəfindən yönləndiriləcək və Resurs Mərkəzində təcrübə əldə etmək şansı əldə edəcəklər.

Photogallery

IMG 9583 IMG 9610

İdman

Hadisə