Çərşənbə günü 19 Fevral 2020

Təhsil

GDU-da KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub

Sənubər Qocayeva - 15/01/2020

Gəncə Dövlət Universitetində (GDU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə tələbələrin eyni vaxtda biliyinin yoxlandığı test imtahan prosesini izləyiblər.

Mediaturda  rektorun baş müşaviri Asif Cavadov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva valideynlərə və KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırıblar. 

Ümumilikdə 6 min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, test üsulu və qabiliyyət üzrə olmaqla yanvarın 31-dək davam edəcək. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının da imtahanın keçirilməsində iştirakı təmin edilib.

GDU-da 2019-2020-ci tədris ilinin qış semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün Operativ Qərargah fəaliyyətə başlayıb.

Eyni zamanda, universitetin gdu.edu.az saytında yerləşdirilmiş telefon nömrələri, rəsmi “facebook” ünvanı olan “Gəncə Dövlət Universiteti”, mail@gdu.edu.az ünvanlı elektron poçtu və “Qaynar xətt” elan edilib.

Həmçinin universitetdə həm semestr ərzində, həm də sessiya dövründə tələbələrin yarana biləcək problemlərinin aradan qaldırılması məqsədilə Tələbə Ombudsman Mərkəzi fəaliyyət göstərir.

Çıxış edən valideynlər qış  imtahan sessiyasının təşkili və gedişatından razılıqlarını ifadə ediblər. Bildiriblər ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunmuş, sessiya normativ sənədlərə uyğun təşkil edilib, tədris müddətində tələbələrin mənimsədikləri biliklərin imtahan prosesində nümayişi üçün hər cür şərait yaradılıb.

Photogallery

IMG 4529 IMG 4513 IMG 4535 IMG 4515

Hadisə