Çərşənbə günü 19 Fevral 2020

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrında “Alın yazısı” nümayiş olunub

Sənubər Qocayeva - 17/01/2020

Gəncə Dövlət Dram Teatrnın səhnəsində Aydın Murovdağlının “Alın yazısı” əsəri əsasında hazırlanan eyni adlı kompozisiyası nümayiş etdirilib. Tamaşada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyəti iştrirak edib. Əvvəlcə Gəncə Dövlət Dram Teatrının foyesində istedadlı gənclərin əl işlərindən ibarət “20 Yanvar” faciəsinə həsr edilən rəsm sərgisinə baxış keçirilib.

Daha sonra teatrın peşəkar aktyorları tərəfindən “Alın yazısı” kompozisiyası təqdim olunub. Səhnə əsəri keçən əsrin 90-cı illərində Sovet imperiyası və ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən bəhs edir. Həmin illərdə baş verən hadisələr video görüntülərlə sintez edilərək  təqdim edilib.

Kompozisiyanın quruluşçi rejissoru xalq artisti Vaqif Şərifovdur. Əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, Yusif Cəfərov, Sevda Orucova canlandırıblar. Teatrın 5 aktyoru isə köməkçi obrazları ifa ediblər.

Qeyd edək ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Photogallery

+IMG 9997 +IMG 9969 +IMG 9991

Hadisə