Çərşənbə günü 19 Fevral 2020

Mədəniyyət

“El havası” adlı yeni musiqili layihəyə start verilib

Sənubər Qocayeva - 24/01/2020

Gənclər və İdman Nazirliyi (GİN) “El havası” adlı yeni əyləncəli musiqi layihəsinə start verib.

Əsasən region gənclərini əhatə edəcək yarışmanın məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdən ibarətdir.

Qeyd olunub ki, yarışma haqqında geniş məlumat əldə etmək məqsədilə “El havası” sosial media hesabı (link) yaradılıb. İştirak etmək istəyən hər bir gənc istedad sahibi “El havası” facebook səhifəsində qeydiyyatdan keçərək, həmçinin yerli gənclər və idman idarəsinə müraciət edərək layihəyə qatıla bilər. Yarışma 3 nominasiya üzrə keçirilir: - rəqs, solo ifa, musiqi alətində ifa.

Əvvəlcə 2019-cu ilin dekabr ayında Gəncə-Qazax iqtisadi rayonu üzrə start götürən layihənin seçim turları yanvarın 23-24-də Şamaxıda keçiriləcək. Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Zərdab və Şamaxı rayon gəncləri qeyd olunan tarixlərdə seçim turlarında iştirak etmək üçün Şamaxı şəhərində yerləşən İncəsənət Təhsili Mərkəzinə müraciət edə bilər. (ünvan: Şamaxı şəhəri, Şirvan küçəsi 20).

Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm qala konsert proqramında maraqlı sürprizlər gözləyir.

Hadisə