Çərşənbə günü 19 Fevral 2020

Sosial

Bəzi KİV-lərdə yayımlanan video ilə bağlı Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyi açıqlama verib

GanjaNews - 24/01/2020

Son günlər sosial şəbəkələrdə yenidən yayımlanan video və şəkillərlə bağlı Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyi açıqlama verib. Bildirilib ki, 2019-cu ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanan həmin görüntülərlə bağlı xüsusi komissiya yarıdılıb və araşdırmalar aparılıb.

Körpələrin bir-birinə bağlanması faktı öz təstiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub. Bunu edən 2 orta tibb işçisi ciddi şəkildə cəzalandırılıb. Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına da münasibət bildilib. Qeyd olunub ki, Körpələr evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su, kombi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, Körpələr evində valideyn himayəsindən  məhrum üç yaşa qədər olan uşaqlar saxlanılır.

Hadisə