Bazar günü 5 Aprel 2020

QHT

Həssas icmalarda növbəti məlumatlandırma görüşləri təşkil olunub

Sənubər Qocayeva - 03/02/2020

Qərb bölgəsində «Həssas icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə» adlı təşəbbüs həyata keçirilir.

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və  Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində Qərb bölgəsində «Həssas  icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə» adlı təşəbbüs həyata keçirilir. Təşəbbüsün məqsədi vətəndaşların iştirakçılıq bacarıqlarının gücləndirilməsi, bu istiqamətdə səmərəli təşviqat və ictimai vəkillik işinin təşkilidir.

Layihə çərçivəsində Göygöl və Şəmkir rayonlarında növbəti məlumatlandırma tədbirləri həyata kemirilmişdir.

24  yanvar  2020-ci il tarixində Şəmkir   rayonu 1 saylı peşə məktəbinin yataqxanasında artıq neçə ildir ki, məskunlaşmış məcburi köçkün icmasında  , 28 yanvar 2020-ci il tarixində isə Göygöl rayonu Murovdağ qəsəbəsində məlumatlandırma görüşləri  keçirildi, 100-ə yaxın buklet  paylandı. Görüçlərdə 65 nəfər qadın iştirak etdi.  Hər iki tədbirdə təşəbbüsün icraçıları və hüquqşünas Səadət Seyidli iştirak etdilər. Onlar  layihə, donor və həyata keçirilmiş və keçiriləcək fəaliyyətlər haqqında məlumat verdilər. Həmçinin qadınların  müxtəlif probemlərlə  bağlı  sualları cavablandırıldı. 20-dən çox vətəndaşa hüquqi yardım göstərildi.

Görüşdə bununla yanaşı layihənin əsas istiqamətlərini təşkil edən hüquqi yardım və qaynar xətt haqqında geniş məlumat verildi.  Layihənin hüquqşünası Səadət Seyidli qeyd etdi ki, xüsusən ucqar,  rayon mərkəzlərindən uzaqda yerləşən ərazilərdə  yaşayan  vətəndaşların xüsusəndə qadınların  məhkəmələrə  çıxışı üçün bir sıra ümumi sosial iqtisadi və mədəni maneələrin mövcuddur. Ən geniş yayılmış maneə qadınların iqtisadi cəhətdən kişilərdən asılılığı və ya onların kişilərlə iqtisadi bərabərsizliyindən ibarət olmuşdur ki, bu da onların məhkəmə prosesləri üçün tez-tez lazım olan resurslardan daha az istifadə etməsi deməkdir. Bunu qadınların özləri də təsdiq edirlər.

Qeyd edək ki, bu təşəbbüs “Təmas” İB-nın sədri    Südabə  Məmmədova  tərəfindən icra olunur. Təşkilatın ofisində qaynar xətt, pulsuz hüquqi yardım  və məsləhət xidməti göstərilir.

Fəaliyyətin icrası davam edir.

İdman

Hadisə