Cümə günü 5 İyun 2020

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrının aktyoru İstanbula yola düşüb

Surxay Məmmədzadə - 19/02/2020

İstanbulda yeddi ölkənin iştirakı ilə Avroasiya Teatrlar Birliyinin toplantısı keçirilir. Fevralın 25-dək davam edəcək toplantıda Azərbaycanı Gəncə Dövlət Dram Teatrının aktyoru, Fəxri Mədəniyyət işçisi Yusif Cəfərov təmsil edəcək.

Bu barədə  məlumat verən aktyor bildirib ki, Avroasiya Teatrlar Birliyinin toplantısında iştirak etmək üçün bu gün İstanbula yola düşüb.

Qeyd edək ki, Yusif Cəfərov II Beynəlxalq Maltəpə Teatr Festivalının da səlahiyyətli nümayəndəsidir.

Hadisə