Bazar günü 5 Aprel 2020

QHT

Gəncədə 'Bu qan yerdə qalmaz!' mövzusunda keçirilən müsabiqənin yekun tədbiri keçirilib

Surxay Məmmədzadə - 22/02/2020

Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi, “Xocalının səsi” qəzetinin təşkilatçılığı ilə Xocalı rayon ümümtəhsil məktəbliləri arasında “Qələmimizi süngüyə çevirək” devizi altında "Bu qan yerdə qalmaz"! mövzusunda mübarizliyə və qisasa səsləyən yazı müsabiqəsinin qalibləri mükafatlandırılma tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü açan Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu bildirib ki, rəhbərlik etdiyi qəzet “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının şüarı adı altında işıq üzü görür. Qəzetdə mütəmadi olaraq Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr dərc edilir. Bu tədbirin keçirilməsində məqsəd “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək və Xocalı soyqırımının gənc nəsil tərəfindən unudulmamasıdır.

Qalib Bəyməmmədoğlu Xocalı rayonunun 12-i ümümtəhsil məktəbindən müsabiqəyə 100-ə qədər yazı göndərildiyini qeyd edib. Məktəblilərin bu müsabiqədə fəal iştirak etdiyini vurğulayıb.

Sonra şagirdlər tərəfindən bədii kompozisiya nümayiş etdirilib.

Daha sonra müsabiqədə yer tutan qaliblərə Xocalı soyqırımından bəhs edən kitab, Azərbaycan Bayrağı, suvenir və Fəxri Fərmanlar verilib.

Sonda qəsəbədəki abidə önünə gül dəstələri düzülüb.

Photogallery

IMG 3602 IMG 3595

İdman

Hadisə