Cümə günü 5 İyun 2020

Sosial

Keçən il “DOST İş Mərkəzi” tərəfindən Gəncədə 2 min 75 nəfər işlə təmin edilib

Sənubər Qocayeva - 13/03/2020

Ölkəmizdə yoxsulluğun aradan qaldırılmasının mühüm şərtlərindən biri olan əhalinin məşğulluğunun təminatı istiqamətində ən səmərəli tədbirlərin həyata keçirilməsi gələcək perspektivlərin əsas məqsədidir. Şəhər iqtisadiyyatında müşahidə olunan makroiqtisadi göstəricilərin dinamikası yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişafı üçün əlverişli şərait yaradıb.

Belə ki, 2019-cu ildə Gəncədə 2 min 75 nəfər  yeni yaradılan “DOST İş Mərkəzi” MMC-nin vasitəsi və məşğulluq mərkəzlərinin yaxından köməyi ilə işlə təmin olunub. Həmin şəxslərin minimum əmək haqqı 250 manat təşkil edir.

Qeyd edək ki, 2020-ci il üçün təsdiq olunan “Ərazi məşğulluq proqramında” isə 4 min 577 yeni iş yerinin açılması proqnozlaşdırıb.  Bunun da 3 min 405-i daimi iş yeridir.

Hadisə