Çərşənbə axşamı 7 Aprel 2020

Təhsil

GDU-da onlayn dərslərin tətbiqinə başlanılıb

Surxay Məmmədzadə - 19/03/2020

Koronavirusla bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar dərslərin müvəqqəti dayandırılmasından sonra Gəncə Dövlət Universitetində əyani təhsilin alternativi kimi onlayn dərslərin tətbiqinə başlanılıb. Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmasından sonra Gəncə Dövlət Universiteti qabaqlayıcı tədbirlərə cavab olaraq social media vasitəsi ilə onlayn dərslərin təşkilinə başlayıb.

17 Mart, 2019-cu ildən etibarən başlayan dərslərin ilk günü tarix və fizika fənnləri ilə əlaqədar mövzulara toxunulub. Ümumi fizika kafedrasının dosenti İmanov Rizvan Məhəmmədəli oğlu “Tarazılıqlı şüalanma üçün Kirxov qanunu. Stefan- Bolsman qanunu. Xarakteristik funksiyalar” mövzusunda fizika müəllimliyi ixtisasının 3-cü kurs tələbələri, daha sonra isə ümumi tarix kafedrasının baş müəllimi, t.ü.f.d., Rəsulova Nərgiz Aydın qızı tarix müəllimliyi 3-cü kurs tələbələri üçün “Fransa 1871-1900-cü illərdə” mövzusunda mühazirə oxuyub.  Qarşıdan gələn günlərdə daha çox dərslərin təşkil olunması və daha çox ixtisaların əhatə olunması nəzərdə tutulub. Bu məqsədlə plan və dərs qrafiki də hazırlanıb. Dərslərin ilk günü Facebook sosial media proqramından istifadə olunsa da qarşıdakı günlərdə müxtəlif sosial media vasitəsilərinin istifadəsi ilə daha çox tələbə kütləsinə çatmaq nəzərdə tutulur.

İdman

Hadisə