Çərşənbə günü 30 Sentyabr 2020

Cəmiyyət

Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə çağırış etdi

GanjaNews - 26/03/2020

Bütün ölkələri koronavirusa qarşı hücuma keçməyə çağırırıq.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd edilib.

"Daha əvvəllər pandemiyaların öhdəsindən gəldik, bu dəfə də bacaracağıq. Ölkələr misli görülməmiş tədbirlər görürlər. Amma təkcə bu tədbirləri görməklə virusu məhv etmək olmaz. Əgər virus zərərsizləşdirilməmiş məktəblər və iş yerləri açılsa, koronavirus yenidən güclənəcək", - məlumatda bildirilib.