Çərşənbə axşamı 7 Aprel 2020

Cəmiyyət

Mehman Rzayev: 'Bu günlər yer üzərinə yeni infeksion xəstəlik- koronavirus pandemiyası yayılıb'

GanjaNews - 26/03/2020

Tarix boyu yer üzərində nfeksion xəstəliklər olub, milyonlarla insanların həyatına son qoyub.Bunu Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev bildirib. O, vaxtilə Gəncənin, Samux rayonunun, Kür çayının ətraf kəndləri vəba xəstəliyindən tamamilə boşaldığını deyib.

“Bu günlər yer üzərinə yeni infeksion xəstəlik- koronavirus pandemiyası yayılıb. Bu xəstəliklə mübarizəyə əvvəlki dövrlərdən fərqli olaraq, informasiya texnologiyalarının sayəsində dünyanın bütün xalqları birləşib mübarizəyə qalxıb- deyə Mehman Rzayev bildirib.

Daha sonra Mehman Rzayev ölkəmizdə də koronavirus pandemiyasına qarşı yüksək səviyyədə mübarizəyə qoşulduğundan danışıb.

İdman

Hadisə