Çərşənbə axşamı 7 Aprel 2020

Sosial

Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri bir aylıq əməkhaqqını KMDF-a ianə edib

Sənubər Qocayeva - 26/03/2020

Gəncə şəhəri Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev koronovirus pandemiyası ilə mübarizədə dövlətimizə və həmvətənlərimizə dəstək estafetinə qoşulub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq bələdiyyənin sədri və müavinlər bir aylıq vəzifə maaşlarını COVİD-19 Mübarizəyə Dəstək Fonduna köçüüblər. 

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

İdman

Hadisə