Bazar günü 7 İyun 2020

Təhsil

ADAU-nun rektoru İbrahim Cəfərov tələbələri evdə oturub, kitab oxumağa səslədi

Surxay Məmmədzadə - 27/03/2020

“Əziz tələbələrim, hörmətli həmkarlarım, evdə qal, sağlam ol hərəkatına hamımız qoşulmaqla, karantin tədbirlərinə ciddi əməl etməliyik, hər birimiz şəxsi həyatımızı qorumaqla həm də yaxınlarımızın, əzizlərimizin sağlamlığına dəstək oluruq". Bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov özünün facebook səhifəsində yazıb.

Tələbələrə mesaj göndərən rektor bildirib: Darıxmayın, ADAU TV vasitəsilə hər gün 6-7 online mühazirələr söyləyirik, bu mühazirələrə qulaq asın, kitab oxuyun, evdə oturub fərdi qaydada xarici dillərdən birini öyrənməyə çalışın, yaddan çıxarmayın ki, bu istirahət tətili deyildir, dövlət öz vətəndaşını planeti iflic edən bu bəladan xilas etmək üçün müvafiq addımlar atır, gəlin qayda qanunlara, karantinin tələblərinə əməl edək və sağlamlığımızı qoruyaq!!!”

Hadisə