Bazar günü 7 İyun 2020

İdman

Məktəblilərin şahmat üzrə onlayn yarışı keçirildi

Sənubər Qocayeva - 30/03/2020

Yarışda chess.com internet portalında müvafiq platforma üzərindən qeydiyyatdan keçməklə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərləri, Şəki, Beyləqan və Göyçay rayonlarından 28 şahmatçı iştirak edib

Məktəblilərin iştirakı ilə onlayn şahmat yarışı keçirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yarış "Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyində yüksək nəticə göstərmiş məktəblilərin iştirakı ilə baş tutub.

Yarışda chess.com internet portalında müvafiq platforma üzərindən qeydiyyatdan keçməklə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərləri, Şəki, Beyləqan və Göyçay rayonlarından 28 şahmatçı iştirak edib. Yarışlar 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilib.

Qeyd edək ki, onlayn formatda yarış koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilib. Bu müddət ərzində onlayn yarışların daha geniş tərkibdə təşkili nəzərdə tutulur.

Hadisə