Cümə günü 5 İyun 2020

Sosial

Maarifləndirmə tədbirləri çərçivəsində sakinlərə əlcək və maska verilib

Gülnar Fazilqızı - 01/04/2020

Ölkənin ikinci böyük şəhərində koronavirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti reyd şəhərin Nizami Gəncəvi prospektindən start götürüb. Proses Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Nizami və Kəpəz Rayon bələdiyyələri, Baş Polis və Səhiyyə İdarələrinin əməkdaşlarının iştirakı ilə reallaşıb.

Yoxlama zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını pozan vətəndaşlar saxlanılıb, onlara zərurət yaranmadığı təqdirdə evdən çıxmamaqları barədə ciddi tapşırıqlar verilib. Reyddə pərakəndə satışla məşğul olan şəxslər də diqqətdən kənarda qalmayıb. Sanitar qaydalara əməl etməyənlərə xəbərdarlıq edilib. Süni qiymət artımının olub-olmamasıyla bağlı əzcaxanalara da baş çəkilib, əhaliyə tibbi maska, spirt və əlcəkdən istifadə tövsiyə olunub. Maska tapmadığını iddia edən şəhər sakinləri pulsuz tibbi maska və əlcəklərlə də təmin olunublar.

Maarifləndirmə tədbirində 65 yaşdan yuxarı sakinlərə qarşı xüsusi həssaslıq nümayiş olunub, onların müraciətləri yerindəcə dinlənilib, lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq göstərişlər verilib. Reyd zamanı 3 mağazada qayda pozuntusu aşkarlanıb, protokollar tərtib olunub. Ərzaq mağazasında alıcılar arasında lazımi məsafənin saxlanılmaması, gigiyenik normalara düzgün əməl olunmaması faktı da müəyən edilib, Dahar 2 obyekt isə fəaliyyətini dayandırmadığına görə inzibati qaydada cəzalandırılıb.

Photogallery

91521082 222476895498866 1682170696492384256 N 91474812 168176447585235 4991356527483813888 N 91513564 205404160746351 2136890592200753152 N 91911949 1030069910707343 2096402111595020288 N IMG 0737 91498052 1968093319991221 7399309296078422016 N 91334855 536238287293250 2873207218352685056 N

Hadisə