Bazar günü 7 İyun 2020

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrı fəaliyyətini onlayn davam edir

Sənubər Qocayeva - 01/04/2020

Gəncə Dövlət Dram Teatrı özünün Facebook sosial şəbəkəsi üzərindən tamaşalarının onlayn yayımına başlayıb.

Bu fikirləri Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev deyib. 

Onun sözlərinə görə “İş prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı da, fəaliyyətimizi də müəyyən məcrada davam etdirməyə imkan verir. O cümlədən sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, bir-birimizlə ünsiyyəti davam etdirə bilirik. Elə bu məqsədlə də “evdəqal” çağırışına uyğun olaraq mart ayının 20-dən etibarən həftədə üç dəfə cümə, şənbə və bazar günləri saat 19:00-da Gəncə Dövlət Dram Teatrı özünün Facebook sosial şəbəkəsi üzərindən tamaşalarının onlayn yayımına başladı. Bu da sevimli tamaşaçılarımızla daha sıx əlaqələrin qurulmasına zəmin yaratmış oldu. İlk günlərdə yayımlanan fərqli tamaşalarımıza ümumilikdə 1075 baxış sayı qeydə alındı. Artıq repertuar planımıza uyğun olaraq aprel ayının 1-dən 26-dək hər gün saat 19:00-da Facebook sosial şəbəkəsi üzərindən tamaşalarımızı onlayn yayımlamağa davam edəcəyik” – deyə teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib.

 

Hadisə