Cümə günü 5 İyun 2020

Sosial

Nizami Hacıyev və Naqif Həmzəyev xüsusi karantin rejiminin tədbiqi ilə əlaqədar olaraq maarifləndirmə işləri aparıblar

Sənubər Qocayeva - 01/04/2020

Millət vəkili Naqif Həmzəyev və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev Gəncədə xüsusi karantin rejiminin tədbiqi ilə əlaqədar olaraq şəhərin bir sıra ərazilərinə baş çəkiblər.
Rəsmilər Gəncənin M.C.Paşayev və Təbriz küçələri, habelə Mahrasa bağı yaşayış massivində olublar. Onlar bu ərazilərdə fəaliyyət göstərən ərzaq mağazalarındakı vəziyyətlə tanış olub, sahibkarlarla görüşüblər.

Maarifləndirmə xarakteri daşıyan görüşlər zamanı sahibkarlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əməl olunmasının vacibliyi vurğulanıb, qablaşdırılmayan məhsullarla bağlı sahibkarlara bir sıra tövsiyələr verilib.

Ərazidə fəaliyyət göstərən əczaxanalara baş çəkən deputat və icra başçısı tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanıblar. Onlara tibbi spirt və əlcəklərin daim satışda olduğu, lakin tibbi maskalara tələbatın yüksək olması səbəbindən tez bir zamanda alınıdığını bildirilib.

Naqif Həmzəyev və Nizami Hacıyev xüsusi karantin rejimi qaydalarına əməl etməyərək küçəyə çıxan sakinlərlə də maarifləndirici söhbətlər aparıblar. Onlara özlərinin və ətrafdakıların sağlamlıqları üçün zəruri, yaxud təxirəsalınmaz hall olmadıqca çölə çıxmamaları tövsiyyə olunub.

Məlumat üçün qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, habelə “Şəhər, rayon İcra Hakimiyyətləri və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar”ı tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.

Photogallery

C35f19b7 D65b 4bf1 A417 1e714fa02409 1e038afd 07f3 4d8e Ae9a 4fa3060217cc 64641898 473f 4d9c Bad2 335f74624337 B125a825 Bbe0 4b39 8d6a A92cbb864e3c C35f19b7 D65b 4bf1 A417 1e714fa02409 428b4f89 B826 4914 95af 3393994bf23b

Hadisə