Bazar günü 7 İyun 2020

Mədəniyyət

Gəncə MKS oxucularına səsləndi

Gülnar Fazilqızı - 03/04/2020

Evdə qal, mütaliədən qalma!

Əziz dostlar! Dəyərli oxucularımız! Evdə qalaraq vaxtınızın səmərəli keçirməyin yollarından biri də maraqlı kitablar oxumaqdır. Bunun üçün hər gün mütəmadi olaraq Gəncə MKS-nin “Facebook” və “İnstagram” səhifələrində müxtəlif kitablar haqqında məlumat veriləcək. Həmin kitabları www.azlibnet.az və digər saytlar vasitəsi ilə oxuya, telefon və kompüterinizə yükləyə bilərsiniz.

Gəncə regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxanası tərəfindən həmçinin “Teleqram”da "Məsafədədən mütaliə" başlığı altında qrup yaradılıb. Qrupa hər həftə bir kitab və ya bir Azərbaycan filmi yüklənir və müzakirə olunur. Müzakirələrə istəyən hər kəs qatıla bilər. 

Hadisə