Cümə günü 5 İyun 2020

Təhsil

İbrahim Cəfərov: 'Məsuliyyət və vicdan zamanıdır…'

Surxay Məmmədzadə - 04/04/2020

Azərbaycan Dövlət Aqrar Universitetin rektoru,nAMEA-nın müxbir üzvü, professor İbrahim Çəfərov yaranmış vəziyyətlə əlaqədar, mütamadi olaraq tələbələrə və müəllimlərə müraciətlər edir. Məqsəd tələbələrin evdə olarkən öz vaxtlarından səmərəli istifadə etməsi, onlayn dərslərin müntəzəm dinlənilməsidir.

Yeri gəlmişkən qeyd edək ki, Aqrar universitet ölkənin ali məktəbləri arasında ilk onlayn dərs keçirən tədris müəssisəsidir. Bu işdə universitetdə keçən il yaradılmış və hər cür texniki vasitələrlə təchiz olunmuş ADAU-TV-nin böyük rolu var və onun imkanlarından maksimum istifadə olunur. Lakin professor hesab edir ki, bunlar da kifayət deyil.Gərək digər metodlardan da istifadə edək. O, özünün facebook səhifəsində yazır: « İş elə gətirib ki, auditoriyadan kənarda, tələbələrimizdən uzaqda qalmışıq. lakin yaxşı ki, texniki imkanlar bizi tələbələrimizə yaxınlaşdıra bilir. Hər gün müxtəlif fənlər üzrə 6 mühazirə söylənilsə də yenə azlıq edir. Ona görə də kiçik qruplarda «skype» dərslər təşkil etmək, mühazirə və seminar, laboratoriya mövzularının elektron variantları tələbələrə göndərilməlidir.»

Rektor daha sonra yazır: «dərslər başlayanda hər bir müəllim karantin dövründə gördüyü işlər haqqında hesabat verəcəkdir. Dövlətimiz üzərinə düşən bütün işləri yerinə yetirir. Tələbənin təqaüdü, müəllimin maaşı bir gün belə yubanmadan  verilir. Deməli, məsuliyyət və vicdan zamanıdır,bunu unutmamalıyıq. Tələbələrimizin evdə boş-bekar vaxt keçirməsinə imkan verə bimərik.

Biz bu müvəqqəti çətinlikdən tezliklə üzüağ çıxacağıq. Çünki xalq və Prezidentimizin birliyi var, inam var, etibar var. Hamınıza uğurlar!»

Hadisə