Cümə günü 5 İyun 2020

Sosial

YAP Gəncə şəhər təşkilatının yardım aksiyası davam edir

Sənubər Qocayeva - 05/04/2020

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı bu dəfə koronavirus pandemiyası ilə əlaqədar, yaş baxımından risk qrupuna daxil olan partiyanın veteran üzvlərinə tibbi ləvazimat və ərzaq yardımı göstəriblər. Nazirlər Kabineti yanında operativ qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı ahıl vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq həyata keçirilən aksiyada YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev partiyanın yaşlı üzvlərinə yardımların çatdırılmasında bilavasitə iştirak edib.

Onların qayğıları ilə yaxından tanış olan millət vəkili, vətəndaşlara karantin qaydalara qeyri şərtsiz əməl etmələrinin vacib olduğunu bildirib. Bu müddət ərzində Yeni Azərbaycan Partiyası tərəfindən onlara lazımı yardımların ediləcəyini və bunun üçün partiya təşkilatında qaynar xəttin fəaliyyət göstərdiyini qeyd edib. Qeyd edək ki, koronavirus pandemiyasına qarşı karantin rejimi tətbiq olduğu gündən aktiv olaraq müxtəlif marifləndirici və yardım aksiyaları keçirən YAP Gəncə şəhər təşkilatı, bu misiyanı karantin müddəti bitənədək mütəmadi olaraq davam etdirəcək.

Photogallery

91803221 2750543271834302 3276131092666515456 N 91858286 522344595379689 3814503628312412160 N 91869942 2590685971258283 6583125708652937216 N 92257424 245471909834378 2162587162489389056 N 91822395 528712837830044 345420893649895424 N

Hadisə