Cümə günü 5 İyun 2020

Sosial

“Vikipediya”da Gəncə haqqında yüzdən çox məqalə yeni məlumatlarla zənginləşdirilib

Surxay Məmmədzadə - 07/04/2020

İş Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən həyata keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Gəncə ilə bağlı 100-dən çox məqalə yeni məlumatlarla zənginləşdirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalələr Gəncənin tarixi, mədəniyyəti, tanınmış elm adamları və görkəmli şəxsiyyətləri, həmçinin memarlıq abidələri və qədim məhəllələri haqqında olub. “Vikipediya”da, həmçinin Gəncə ilə bağlı onlarla məqalə yaradılıb və redaktə olunub.

Hadisə