Cümə günü 5 İyun 2020

Sosial

Xüsusi karantin rejimi günlərində Gəncə - FOTO

Gülnar Fazilqızı - 07/04/2020

Əslində qürubun arxasında qalan hər gün keçmiş olub tarixə çevrilir. Lakin bəzən elə anlar, elə günlər olur ki, onlar xüsusilə seçilirlər. Həmin vaxtlarda yaddaşlarda hələ uzun illər qorunub saxlanacaq tarix yazılır. Hissəsi olduğumuz bu günlər kimi...

Yarı zarafat, yarı ciddi: bu günlər tarixin yaddaşına yəgin ki, “koronalı” kimi düşəcək. 2020-ci il isə “viruslu”... 

Günlərimiz yağışlı keçir. Küçələrimizə isə süküt çöküb, amma bilirik: o gün gələcək! Günəşli günlər hələ qabaqdadır.

Düsturunu Məmməd Arazın verdiyi bu dünyada yaşadığımız hər günün qədrini bilək. Birlik olaq. Pozitiv olaq. Yardımlaşaq. Küçələrdəki sükutu evlərdən süzülən gülüş səsləri pozsun. Özümüzə, daxildəki “mən”imizə zaman ayıraq, yaxınlarımızı sevək, onları, onlar üçün isə özümüzü qoruyaq. Evdə qalaq, sağlam qalaq!  Həyatları xilas edək! Unutmayaq: biz birlikdə güclüyük!

Xatırladaq ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alınaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Xüsusi karantin rejimi günlərində Gəncə küçələrinə də süküt çökub. Ganjanews.az saytı şəhərin müxtəlif ərazilərində, xüsusilə də hər zaman səsli-küylü olan mərkəzi küçələrdə  çəkilən fotoları təqdim edir. Bu şəkillər bir gün tarix olacaq!

Hadisə