Bazar günü 18 Aprel 2021

QHT

Gəncə avtomobil zavodu İstehsalat Birliyininin kollektivi könüllü qanvermə aksiyasında iştirak ediblər

Sənubər Qocayeva - 17/04/2020

Azərbaycanın I vitse prezidenti Mehriban xanım Əliyevanın çağırışına və Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq bu gün Gəncə avtomobil zavodu İstehsalat Birliyininin kollektivi könüllü qanvermə aksiyasında iştirak ediblər.

Bu barədə məlumatı birliyin mətbuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, bu xəstəlikdən əziyyət çəkən insanlara yardım məqsədilə sağlamlığı imkan verən müəssisənin əməkdaşları könüllü surətdə bu nəcib və xeyirxah aksiyaya qoşulublar:

“Gəncə avtomobil zavodu İB-i karantin dövründə fəaliyyətini davam etdirən müəssisələr siyahısındadır. Birliyin rəhbərliyi Azərbaycanın I vitse prezidenti Mehriban xanım Əliyevanın çağırışına, Heydər  Əliyev Fondunun xeyirxah təşəbbüsünə qoşularaq könüllü şəkildə talassemiyadan əziyyət çəkən vətəndaşlarımız üçün qan verilməsi təklifi irəli sürdü və demək olar ki, bütün kollektiv bu fikri dəstəklədi. Bu gündən başlayaraq karantin rejiminin qaydalarına uyğun olaraq əməkdaşlarımız hissə hissə Mərkəzi Qan Bankının Gəncə bölməsində qan vermə aksiyasınnda iştirak edəcəklər” deyə Məqsəd Rəhimov əlavə edib.

Mətbuat katibi onu da bildirib  ki, aksiyada iştirak etmək istəyən hər bir birliyin əməkdaşı üçün əvvəlcə sağlamlıqları  ilə bağlı anket doldurulur, sonra xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən kiçik fiziki müayinə, qan təzyiqi, ürək və anemiya müayinəsindən keçirilirlər. Sağlamlığı imkan verən hər kəs aksiyada könüllü qan verir:

“İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək vermək,  həm də cəmiyyətin diqqətini bu sosial məsələyə yönəltmək məqsədilə Gəncə avtomobil zavodu İB-nin kollektivi  “Qan ver, yaşat” şüarı altında qanlarını ehtiyacı olanlar üçün verirlər. Hesab edirik ki, hamı bu humanist və xeyirxah çağırışa qoşulacaq”  deyə Məqsəd Rəhimov əlavə edib.

Photogallery

Fd449a8f 5a86 4eec A76f C0f3a082a227 Fa05c40f 784d 45bd 9d58 6ee57d20a85a F2bbda5a D7fa 436f 91cf 2310f120701e E674d1e4 975c 40ee 8663 6c0dfe33bd6d

Cəmiyyət