Bazar günü 7 İyun 2020

Cəmiyyət

Gəncə sakinləri: 'Karantin dövrü Azərbaycan xalqının həmrəy olduğunu, Prezidentinin və dövlətinin daim xalqının yanında olduğunu bir daha sübut etdi'

GanjaNews - 18/05/2020

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Gəncə sakinləri tərəfindən də dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Sakinlər Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edirik.

Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, SSRİ idman ustası Adil Ramazanov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: "Möhtərəm cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, yüksək intellektual səviyyəniz və qabaqcadan düşünülmüş ağıllı, müdrik siyasətiniz sayəsində bu günlərdə baş verən dəhşətli pandemiyadan Azərbaycan xalqı ən az itkilərlə çıxmaq ərəfəsindədir.

Bu səbəbdən Sizə ailəmiz və qohumlarımız adından təşəkkürümüzü bildiririk.

Sizə Allahdan cansağlığı arzu edirik. Allah Sizi qorusun".

Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Türkan Əhmədova yazır: "Cənab Prezident, bu gün bütün dünyada yayılmış koronovirus pandemiyası qarşısında böyük dövlətlər də aciz qalıb. Sizin rəhbərliyinizlə ölkəmizdə bu virusla mübarizədə məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, biz Azərbaycanın pandemiyadan ən az zərərlə və tez bir zamanda çıxacağına əminik.

Xalqımızı bu epidemiyadan qorumaq üçün Sizin rəhbərliyiniz altında atılan addımlar vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Vaxtında verilən müdrik qərarlar sayəsində Azərbaycanda aparılan tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə göstərilir.

Cənab Prezident, pandemiyaya qarşı görülən qabaqlayıcı tədbirlərə, aparılan dezinfeksiya işlərinə və xalqın rifahı naminə atılan bütün addımlara görə Sizə minnətdarıq".

Şəhər sakini Çinarə Səfərovanın məktubunda deyilir: " Möhtərəm cənab Prezident, bu gün dünyada yaranan pandemiya ilə əlaqədar vəziyyət dünya müharibəsini xatırladır. Amma Azərbaycanımız bu müharibədə çox düzgün yol almaqdadır. Sizin həyata keçirdiyiniz siyasət hər bir vətəndaşın sağlamlığını ön planda saxlayır. Dövlətimiz digər dövlətlərə nümunədir. Nə yaxşı, Siz bizim Prezidentimizsiniz. Allah Sizi hər zaman belə güclü etsin və həmişə Prezidentimiz olasınız. Biz Sizinlə fəxr edirik, cənab Prezident. İnanın, nə qədər insan Sizin ucun dualar edir. İnşallah, tezliklə bu bəla bitər və əvvəlki həyatımıza qayıdarıq".

Azərbaycan Dövlət Aqrar Universitetinin baş müəllimi Fazilə Əliyevanın məktubunda qeyd edilir: "Hörmətli cənab Prezident, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində vaxtında mühüm qabaqlayıcı tədbirlər gördünüz. Siz öz iradənizlə millətimizin sağlamlığının hər şeydən vacib olduğunu göstərdiniz. Karantin dövrü Azərbaycan xalqının həmrəy olduğunu və Prezidentinin və dövlətinin daim xalqının yanında olduğunu bir daha sübut etdi. Belə çətin günlərdə xalqımızın yanında oldunuz, əhalinin tibbi ləvazimatlarla təmin olunması üçün göstəriş verdiniz. Xalqımızın sağlamlığının qorunması üçün gördüyünüz işlərə görə şəxsən öz adımdan, ailəmin və qohumlarımın adından Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, gördüyünüz bu tədbirlər nəticəsində ölkəmizdə xəstəlik tezliklə yox olacaqdır. Allah Sizi qorusun, cənab Prezident".

 

Hadisə