Bazar günü 7 İyun 2020

Cəmiyyət

DİİXİHİ Gəncə Şəhər Komitəsi Ramazan bayramı münasibətilə sovqat paylayıb

Sənubər Qocayeva - 22/05/2020

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi dövründə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.

Ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına əsasən Azərbaycan Dövlət İdarələri İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Gəncə Şəhər Komitəsi tərəfindən həyata keçirilən sosial aksiyalar da məhz dövlət başçısının pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəkləmək olub.

İlk gündən bu xeyirxah aksiyaya qoşulan Azərbaycan Dövlət İdarələri İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Gəncə Şəhər Komitəsi müqəddəs Ramazan bayramı ərəfəsində də aztəminatlı ailələri unutmadı.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanovun təşəbbüsü ilə 25 ailəyə bayram sovqatı təqdim edildiyini bildirən DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva xeyriyyə aksiyasının aztəminatlı ailələr tərəfindən də böyük razılıqla qarşılandığını qeyd edib.

 

Photogallery

98176829 1198670100463992 4844784029704126464 N 100887065 946768832421386 5948825314674081792 N 100595691 1974465272690196 8495133011531005952 N 98979206 179196130063824 2361117052174860288 N

Hadisə