Bazar günü 7 İyun 2020

Cəmiyyət

Gəncədə küləyin törətdiyi fəsadlar aradan qaldırlır

Sənubər Qocayeva - 23/05/2020

Gəncədə ötən gün axşam saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib. Belə ki, şəhərin Sadıllı qəsəbəsində, Mahrasa bağı və Gülüstan yaşayış massivlərində, Əli Nəzərov, Abbas Səhhət, Şahsevənlər və Təbriz küçələrində, o cümlədən bir sıra digər ərazilərdə ağaclar aşıb. Aşan ağaclar naqilləri zədələdiyindən şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən axşam saatlarından başlayaraq, yaranmış fəsadların aradan qaldırılması isiqamətində aidiyyatı qurumlar tərəfindən iş aparılıb.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən aşan ağaclar ərazilərdən uzaqlaşdırılıb və təmizlənib. "Azərişıq" Gəncə Regional Bölməsinin növbətçi hissinin əməkdaşları yaranan fəsadların aradan qaldırılması istiqamətində iş aparıblar. Hazırda şəhərin bir çox ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.

Hadisə