Bazar günü 12 İyul 2020

Cəmiyyət

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi balacaları sevindirib

Gülnar Fazilqızı - 02/06/2020

Gənclər və İdman Baş İdarəsinin əməkdaşları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı Gəncə Uşaq Evi və Gəncə şəhər 2 saylı Körpələr Evində olublar.

Balacaları ziyarət edən idarə əməkdaşları, onlara sovqat da aparıblar. Belə ki, uşaqların asudə vaxtlarının səmərəli və əyləncəli təşkili üçün onlara müxtəlif oyuncaqlar hədiyyə edilib. Bununla yanaşı uşaqların ehtiyaclarına uyğun olaraq təmizlik üçün nəzərdə tutulmuş sanitar gigiyenik vasitələr də təqdim edilib.  

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov bildirib ki, bu addım ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü və qayğısına dəstək məqsədi ilə atılıb. Gəncə Uşaq Evi və Gəncə 2 saylı Körpələr Evi karantin rejiminin tələblərinə əməl edilməklə ziyarət olunub.    

Bunlarla yanaşı Gəncə Uşaq Evi və Gəncə 2 saylı Körpələr Evində balacalar üçün şirniyyat süfrəsi təşkil olunub, onlarla əyləncəli vaxt keçirilib. 

Photogallery

83377908 2826587184056816 4143907128626642944 O 101762385 2826584964057038 5649199088910991360 O 101762385 2826586270723574 6857798552383389696 O 101832685 2826649510717250 4942257590932340736 O 101838401 2826585110723690 2053760731387527168 O 102299174 2826587750723426 517676960852213760 O 101543201 2826585760723625 928490685793828864 O 82808508 2826589584056576 3456520578091974656 O

Hadisə