Bazar günü 12 İyul 2020

Cəmiyyət

Gəncə şəhər Nizami rayonu ərazisində karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət olunur

Sənubər Qocayeva - 02/06/2020

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mart ayından başlayan karantin rejiminin 15 iyunadək uzadılmasına baxmayaraq, qaydalar bir qədər yumşaldılıb və bir çox ticarət obyektləri, kafe və restoranlar fəaliyyətə başlayıb. Ancaq bununla belə yoluxma hallarının artması riski davam etdiyi dövrdə əhalinin şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməsi vacibdir.

Bununla əlaqədar Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin mobil qrupları tərəfindən şəhərin mərkəzi küçələrində habelə Heydər Əliyev prospekti, Cavadxan küçəsindəki ictimai iaşə və xidmət mərkəzlərində, əhalinin sıx toplaşa biləcəyi ərazilərdə sakinlərlə profilaktik söhbətlər aparılır. Əhalinin restoran, kafe və çay evlərində 10 nəfərdən artıq toplaşmamasına, xüsusilə qapalı məkanlarda tibbi maskalardan istifadə etmələrinə nəzarət olunur.

Bir daha sağlamlığımızın qorunması naminə əhalini Operativ Qərargahın qaydalarına əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq.

Photogallery

101728056 288846325822956 6529327485174153216 O 101643254 288846595822929 4333287286272688128 O

Hadisə