Bazar günü 12 İyul 2020

Cəmiyyət

Gəncədə dezinfeksiya işləri və maarifləndirmə tədbirləri davam edir

Gülnar Fazilqızı - 02/06/2020

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir. İşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən həyata keçirilir.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xüsusi təlimatlar almış əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev meydanında, Cavad xan küçəsində, Xan bağında, Gəncəçay Park-Bulvar Kompleksində və digər anoloji sahələrdə dezinfeksiya işləri aparılır.

Əhalinin sığlıq təşkil etdiyi ərazilər də mütəmadi olaraq dezinfeksiya olunurlar. Belə ki, açıq havada quraşdırılan idman qurğuları, mərkəzi poçt, bank və ATM-lərin qarşısı, yaşayış binalarının girişləri və s.  xüsusi dezinfeksiyaedici məhlulla yuyulur.

İşlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikalrı da cəlb olunublar. Belə ki, şəhərin Atatürk, Nizami Gəncəvi, Şah İsmayıl Xətai prospektləri və küçələr su çiləyici maşınlarla gündəlik olaraq yuyulurlar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının nəzdində yaradılan 32 mobil qrupun fəaliyyəti də davam etdirilir. Belə ki, əhali arasında maarifləndirmə tədbirləri və xüsusi karantin rejimi qaydalarını pozanlara qarşı reydlər həyata keçirilir. Mobil qrupların üzvləri iri market, mağaza və apteklərə baş çəkir, kafe, restoran və çayçılarda olurlar. Sözügedən məkanlarda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə maraqlanır, sakinlərlə profilaktik söhbət aparırlar. Maarifləndirici söhbətlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi vurğulanır, bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı 2 metrlik sosial məsafəsinin gözlənilməsinin önəmi bir daha xatırladılır. Tibbi maskadan istifadənin zəruriliyi vurğulanır.

 

Hadisə