Bazar günü 12 İyul 2020

Hadisə

Gəncədə əl qumbarası və patronlar tapılıb

Sənubər Qocayeva - 04/06/2020

Agentliyin mütəxəssisləri və Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər.

İyunun 3-də saat 14:05-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncədə Nizami Gəncəvi küçəsi 1-ci döngə ev 20 “A” ünvanında qazıntı işləri aparılarkən silah və əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin və Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd RQ-42 əl qumbarası, bir ədəd UZRQM partladıcısı və otuz ədəd 5.45 millimetrlik patron (dolu avtomat darağı) aşkar olunub. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 50 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Photogallery

15912002374032829544 1000x669 15912002374238948564 1000x669 15912002375222664189 1000x669 15912002372059635991 1000x669 15912002376511226602 1000x669 15912002374166422136 1000x669

Hadisə