Şənbə 8 Avqust 2020

İdman

Gəncədə boks idmanı inkişaf etdiriləcək

Sənubər Qocayeva - 19/06/2020

Bu gün Gəncə İdman Klubu, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi Gəncə Gənclər Evinin qonağı olub.

Görüşdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə İdman Klubunun prezidenti, idman ustası Elvar Osmanov, peşəkar boksçu Ramal Amanov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov iştirak ediblər.

Görüşdə Ramal Amanovla birgə Gəncədə boks idman növünün daha da inkişafı üçün fikir mübadiləsi aparılıb. Bu sahədə görüləcək planlar müzakirə edilib. 

Gəncə İdman Klubunun prezidenti, idman ustası Elvar Osmanov çıxışında bildirib ki, ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə bu gün idmanda əldə edilən nailiyyətlər ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxışında qeyd edib ki, hər il ölkə Prezidenti tərəfindən idman ictimaiyyətini sevindirən sərəncamlar imzalanır, qələbələrinin cavabı olaraq idmançılar və idman mütəxəssisləri fəxri ad və digər dövlət mükafatları ilə təltif olunur. Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün federasiya və idman qurumları ölkə başçısının diqqət və qayğısını hiss edir. Bu səbəbdən də Gəncədə boks idmanının inkişafı zəruridir. Bununla yanaşı Gəncədə boks idman növünün daha da inkişafı üçün hər bir şərait yaradılıb.

Hadisə