Şənbə 8 Avqust 2020

Cəmiyyət

Fuad Əliyev: 'Mən istərdim ki, mənim millətim, xalqım, Gəncəmizin bütün sakinləri bir-birini qorusunlar'

Sənubər Qocayeva - 09/07/2020

Əsrin bəlası koronavirus... Pandemiya yayıldığı bir gündən canlar almağa davam edir. Açıqlanan günlük statistik göstəricilər həqiqətən də üzücüdür. Müəyyən dövlətlərin normal həyata qayıtdığı bir dönəmdə sual yaranır. Görəsən, ölkəmizdə mövcud problem nə vaxt həll olunacaq? Gedişatın bu cür davam etməsi vətəndaşların biganəliyindənmi irəli gəlir? Akademik, ziyalı AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev məsələyə münasibət bildiririb.

Fuad Əliyevin Kəpəz televiziyasına verdiyi müsahibəni təqdim edirik:

"Mən bir şeyi yaxşı başa düşürəm ki, bir elmi işçi kimi bu dünya dairəvidir, fırlanır. Minilliklər boyunca bu cür yoluxucu xəstəliklər olub. O insanlar buna qalib gələ biliblər ki, onlar elmə istinad ediblər. Bir-birinin, ağsaqqal, həkim, təbib sözünə qulaq asıblar. Və onun da nəticəsində bizim nəsil bu gün də davam edir".

Akademik Fuad Əliyev karantin rejimi elan olunan gündən işlərininin əksəriyyətini evdən icra edir. O, ictimaiyyət arasında olarkən neqativ hallara biganə qalmır, hər kəsi diqqətli olmağa, deyilən tövsiyələrə əməl etməyə çağırır. Ziyalının fikrincə, “əşi” deyib keçdiyimiz virus bu gün bizim üçün böyük problemə çevrilib.

"Biganəlik insanlarda o vaxt yaranır ki, onlar elmlə, təhsillə dərindən məşğul olmurlar. Elə insanlar var ki, gün ərzində minlərlə hadisəyə baxıb qiymət verə bilirlər. Elə insanlar var ki, yanından keçir heç ona fikir vermir. İnsanların biagnəliyi o vaxt formalaşır ki, onlar savaddan kəm olurlar, savadsız olurlar. Kompyuteri ilk dəfə Gəncəyə gətirən ilk dəfə biz olmuşuq. Ancaq ona görə gətirmədik ki, insanlar kitablar, əsərlər və kitabxanalardan, əlyazmalardan uzaq olsunlar".

Fuad Əliyev evdə keçirdiyi müddəti elmi əsərlər, xüsusən Gəncənin tarixi ilə bağlı materiallar, monoqrafiyalar üzərində işləməklə dəyərləndirir. O, virusa qalib gəlmək üçün təmizlik amilini diqqətdə saxlamağı tövsiyə edir.

"Adicə mən deyimdə əgər köhnə nəslə baxsaq, hər bir adamın cibində yaylıq olardı. Öskürəndə, adi söz eyəndə ağzını tutardı. Heç xəstəlikdən söhbət getmir. Bu etik normalar idi. Əfsuslar olsun ki, biz bu gün bu etik normaları biz zorla insanlara təqlid etməyə çalışırıq. Halbuki bunlar doğulan gündən insanların qanında, canında, ata-anasının təbliğində olmalıdır".

Fuad Əliyev düşünür ki, bu gün deyilən tövsiyələrə əməl etmək əslində, hər bir şəxsin xalqına, millətinə, torpağına verdiyi dəyərin, sevginin göstəricisidir.

"Vətəni sevmək nə deməkdir? Bu sözdə olmur. Vətəni sevmək bu qayda-qanunlara riayət etmək deməkdir. Mən daha keçmişlərə istinad etmək istərdim. N.Gəncəvi, İ.Sina kimi tarixi şəxsiyyətlər öz əsərlərində insnaları qorumağın yollarını göstəriblər. O aforizmdə deyilən sözlərin hər biri bu gün bir həqiqətdir. Mən istərdim ki, mənim millətim, xalqım, Gəncəmizin bütün sakinləri bir-birini qorusunlar".

Hazırki gedişata görə, arzuolunmaz proses uzun çəkə bilər. Ta ki, sözdə deyil, əməldə birlik nümayiş etdirənədək..

http://kepeztv.az/news/id/34876

Hadisə